Kriminal

Məhəmməd Məmmədov: "Hər ay qovşaqlardan 5 min manat alınırdı" -  “RABİTƏ İŞİ”

18 Yanvar 2017 13:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Pirallahı sakinindən odlu silah götürülüb

18 Yanvar 2017 13:23

Pirallahı qəsəbə sakinindən nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 15 ədəd patron götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini Zaur Rzayevdən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron götürülüb.

Quldurluq edən şəxs yaxalanıb

18 Yanvar 2017 13:22

Quldurluq etməkdə şübhəli bilinən şəxs Şəmkir rayonunun Seyfəli kəndi ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qisimində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib.

Şəki və Babək sakinləri qanunsuz saxladığı silahları təhvil verdi

18 Yanvar 2017 13:19

Şəki rayonunun Baş Kəldək kənd sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Şəki rayonunun Baş Kəldək kənd sakini Samir Hüseynov müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngini könüllü olaraq ŞRPŞ-yə təhvil verib. Həmçinin, Babək rayon sakini tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib. Məlumata görə, Babək rayon sakini Qurban Hüseynov tapdığı “TOZ-8” markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.

Lənkəranskinin "sağ əli" həbsdən buraxıldı

18 Yanvar 2017 12:53

İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib.

İşçi krandan yıxılaraq ölüb

18 Yanvar 2017 12:49

Bakıda zavodda faciəli hadisə baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, hadisə Sahil qəsəbəsində fəaliyyət göstərən “İnter Glass” ASC-ə məxsus şüşə zavodunda qeydə alınıb. Orada usta işləyən, 1959-cu il təvəllüdlü Vahid Zəkəriyyə oğlu Yarov krandan yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Vidadi Məmmədov "MTN işi"ndə - "Sübahir qudam idi"

18 Yanvar 2017 12:30

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin və Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin işindən azad olunması və həbs edilməsi dalğası zamanı daha bir dövlət qurumunun generalı vəzifəsindən azad olunmuşdu. Lakin həmin şəxs sonralar medianın gündəmindən çıxdı. Bu, Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədov idi. V.Məmmədovun haqqında silsilə yazılar yazılmasa da, o da "MTN işi"nə cəlb olunub.

Bakıda 6 mərtəbəli binada yanğın baş verib

18 Yanvar 2017 11:37

Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə bunanın 3-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzilin 1 otağının, dəhlizin və eyvanının yanar konstruksiyaları 46 m2 sahədə yanıb, 2 otaq 22 m2 sahədə qarsalanıb. 4-cü mərtəbədə yaşayan vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzilin eyvanında yüksək temperaturdan lambirdən ibarət məhəccər 2 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3-cü mərtəbədə yaşayan 2 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnternetdə tanış olduğu qızlarla görüşən tələbənin başına iş gəldi - BAKIDA

17 Yanvar 2017 18:29

Bakıda qadınların iştirakı ilə törədilmiş quldurluq cinayəti ilə bağlı bəzi məqamlar üzə çıxıb. Yanvarın 13-də gecə saatlarında baş vermiş hadisədə zərərçəkmiş Biyar Cumaah Shaikani İraq Respublikasının vətəndaşıdır və Bakıda universitetlərdən birində təhsil alır. O, internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflərlər arasında narazılıq baş verib və C.Biyar küçəyə çıxıb. Qızlara küçədə köməyə çağırdıqları Anar Kərimovla birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar. Artıq cinayətdə şübhəli bilinən Zəngilan rayon sakini Çinarə Bəhlulzadə, Bakı şəhər sakini Anar Kərimov, Elvira Ələsgərova tutulub. Araşdırmalar davam etdirilir. 

82000 ədəd siqaret aşkar edilib

17 Yanvar 2017 16:36

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Gəncə sakini həmyerlisinə xəsarət etirib

17 Yanvar 2017 16:06

Yanvarın 16-da Daşkəsən rayonunun Mədənçilər qəsəbəsindən Gəncə şəhər sakini Qara Budaqov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. DİN-dən verilən mlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi İlkin Cəfərov tutulub.

3 avtomobilin akkumlyatorunu oğurladı

17 Yanvar 2017 16:05

Gənsə şəhərində oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Kəmaləddin Qasımov saxlanılıb. Araşdırma aparılır. 

Piyadanı vuran sürücü saxlanıb

17 Yanvar 2017 16:04

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Alxan Məmmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədilib. Hadisəni törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü-Sumqayıt şəhər sakini İlkin Çələbiyev saxlanılıb.

"Mercedes" vuran piyada yerindəcə keçinib

17 Yanvar 2017 16:02

Səngəçalda ölümlə nəıticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 16-da saat 07 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

MTN əməkdaşları Miryusif Mahmudovdan 300.000 manat tələb ediblər

17 Yanvar 2017 15:47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova müdafiə çıxışı edib. Vəkil bildirib ki, araşdırılan hadisəyə mütləq obyektiv qiymət verilməli və ədalətli qərar qəbul edilməlidir.