Kriminal
Bakıda 301 nəfərdən ibarət 131 cinayətkar qrup ifşa olundu Ötən il Bakıda 301 nəfərdən ibarət 131 cinayətkar qrup ifşa olunub
Bu barədə yanvarın 19-da daxili işlər naziri, general-polkovnikRamil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayıb
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
3,4 milyon dolları ələ keçirən şəxslərə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Loğman Abdullayev, Nurlan Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İnək oğrusu tutulub
Bir baş inək oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-nə keçən gecə Corat qəsəbəsində yaşayan Təranə Əliyevanın həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən həmyerlisi Novruz Fərəcov tutulub.
Nazirlik əməkdaşının evini qarət etdilər
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.
“MTN işi” üzrə növbəti məhkəmə prosesi başlayıb - YENİLƏNİB
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Sumqayıtda sex yanıb
Sumqayıt şəhərində vətəndaşa məxsus taxta sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 150 kv.metr olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi sahədə 10 kv.metr sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fuad Qəhrəmanlı və daha bir təqsirləndirilən son soz deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən,AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son söz deyib.
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl oğurlayan şəxs tutulub
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 4-də Bakı şəhər sakini Hamiz Məlikzadənin evindən 30000 manat və 8000 ABŞ dolları, habelə 10000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən həmyerlisi Gündüz Məlikov tutulub.
Akif Çovdarovun məhkəməsində sabiq polis zərərçəkmiş qismində ifadə verib YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Direktordan müavininə dələduzluq İTTHAMI
Bakıda beynəlxalq yükdaşıma xidmətinin Bakı ofisinin direktor müavini dələduzluq edib. Bu barədə "Tern Transport and Trading" MMC-nin direktoru, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mübariz Süleymanov hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
Özünü saat qüləsindən atmaq istədi
Bakıda 36 yaşlı kişi intihara cəhd göstərib. Hadisə Dənizkənarı Milli Park ərazisində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü R.N. intihar etmək məqsədilə park ərazisindəki saat qülləsinə çıxıb. Ərazi üzrə xidmət göstərən Post Patrul Xidməti Bölüyünün əməkdaşları intiharın qarşısını alıblar. Faktla bağlı araşdırma aparılır.
Mənzildə kişi meyiti tapılıb
Bakıda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb.“Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Fuad Qəhrəmanlı məhkəmədən vaxt istəyib - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Nuriyev son söz deyib. O, günahsız olduğunu bildirib.
Xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.














