82000 ədəd siqaret aşkar edilib

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə "Heimann Cargo Vision" rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin istifadədə olmayan yanacaq çənində fərqli görünüşdə və formada naməlum predmetlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə əsaslı baxış keçirilib və gömrükçülərin şübhələri özünü doğruldub. Belə ki, avtomobilin istifadədə olmayan yanacaq çənində malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 2 adda 82000 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31