QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri apellyasiya şikayəti verib

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə vəkil E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, hökmdən şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 illik həbs cəzası verilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31