Kriminal
Qanunsuz valyuta mübadiləsi aparan 2 şəxsin işi məhkəməyə göndərilib
Beynəlxalq Bankın 5 fililalı ilə bağlı cinayət işi başlanılıb. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib. Baş prokurorun müavini qeyd edib ki, həmin filiallar Qazax, Şəki və digər filiallardır. K.Əliyevin sözlərinə görə, ötən il “qara bazar”ın valyuta mübadiləsinin qaydlarının pozulmasına görə 2 cinayət işinin istintaqı yekunlaşıb və aidiyyatı məhkəməyə göndərilib.
NİDA üzvünə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Taleh Bağırov məhkəmədə özünü təqsirli bilmədiyini deyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məcburi köçkün döyülərək öldürüldü
Məhkəmə Maşallah Əhmədova vaxt verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə düşüb.
Şahid: “Qovşağa ayrılan pulların 90 faizi “Aztelekom”a qaytarılıb” - “RABİTƏ İŞİ”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mağazanı qarət etmək istəyən yaxalandı
Yanvarın 11-də Sabunçu rayonunun Zabrat qəsəbəsindəki mağazalardan birindən oğurluğa cəhd göstərilib. DİN-dən verilən məlumata görə, oğurluğa cəhddə şübhəli bilinən qəsəbə sakini Vladimir Solokin Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, araşdırılması üçün 15-ci PB-yə təhvil verilib.
Abşeronda narkotik alverçisi tutulub
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş İsa Abdullabəyovdan 0,738 qram tiryək və 25 kiloqram 217 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə tiryəki ona satan Abşeron rayon sakini Sadiq Novruzov da müəyyən edilərək tutulub. Ondan 654 qram tiryək götürülüb.
Silah alveri ilə məşğul olan şəxs saxlanıb
Hüquq-mühafizə orqanları silah alveri ilə məşğul olan şəxsi saxlayıblar. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini Zeynalabdin Əzimov Gəncə şəhəri ərazisində "AK" markalı silahı və 17 ədəd patronu 2000 manata satarkən tutulub. Araşdırma zanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Rusiyada arvadını öldürən Şəmkirdə saxlanıb
Rusiya Federasiyasının Sankt-Perterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Şirvan şəhərində əxlaqsızlıq yuvası aşkar edilib
Şirvan şəhərində əxlaqsızlıq yuvası aşkar edilib. DİN-dən verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rövşən Qurbanovun şəhər ərazisindəki özünə məxsus kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Araşdırma aparılır.
Kompyuter oğruları saxlandı
Abşeron məktəbləribnin birində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompyuteri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanov tutulublar.
Vitse-admiral Şahin Sultanov son söz demək üçün məhkəmədən vaxt istəyib
Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Külli miqdarda Rusiya rublu aşkar olundu
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilmiş, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
İran vətəndaşında psixotrop maddə aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı adı çəkilən vətəndaşın ayaqqabısından 2 ədəd bükümdə ümumi xalis çəkisi 14,277 qram olan metamfetamin, 1 ədəd bükümdə isə 65 ədəd həb şəklində metadon aşkar edilib. Bundan başqa, İran vətəndaşının corabından 1 ədəd, daxili orqanından (düz bağırsağından) isə 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir.














