Məcburi köçkün döyülərək öldürüldü
14 Yanvar 2017 17:55 KriminalHadisə rayonun Şorkanal ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.
Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31