Kriminal
Ev sahibinin yanmış meyiti tapılıb
Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindənn verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın də yanğınsöndürənlər tərəfindən söndürülüb.
MTN-nin sabiq şöbə rəisinin məhkəməsi davam edib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Paytaxt küçələrini qaranlığa qərq edən saxlanıb
2016-cı ilin noyabr ayı ərzində Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı Abadlıq Xidməti MMC tərəfindən divarları işıqlandırmaq üçün quraşdırılmış 54 ədəd yer spotu oğurlanmış, 10 ədəd spot isə yararsız hala salınmışdır. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yusif Rzayev tutulub.
Ev sahibinə hədə-qorxi gələrək mənzili qarət etdilər
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, araşdırma zamanı bəlli olub ki, E.Hümbətzadəni bıçaq və silaha bənzər əşya ilə hədələyib evdən 450 manat pul, 2 ədəd mobil telefon və 3 noutbuk aparan şəxslər Sumqayıt şəhər sakinləri Nahid Eyvazov və Elman Sadıqovdur. Onların əvvəllər məhkum olunduqları müəyyən edilib. N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.
Avtomobil oğrularının qolları qandallandı
Yanvarın 10-da avtomobil qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Cəfər Cəfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Elvin Məmmədov və Həsənağa Bayramnov saxlanılıblar.
3 avtomobildən akkumlyator oğurlayan ələ keçib
Səbail rayonu ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də və 10-da rayon ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Firudin Əmrahi tutulub.
İnək oğrusu aradan çıxa bilmədi
Ağdam rayon sakininə məxsus 2 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri tutulublar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıcalı kənd sakini Əli Baxşəliyevə məxsus 2 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri Aydın Zamanov tutulmuş, əvvəllər məhkum olunmuş Fəxri Mustafayev müəyyən edilib. Daxil olmuş əməliyyat məlumatı əsasında F.Mustafayevin Bakı şəhərinə getdiyi avtomobil Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisindəki BDYPİ-nin stasionar postunda saxlanılaraq RPŞ-yə təhvil verilib.
Natiq Kərimovun cinayət işi yenidən icraata verilib
Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi yenidən icraata verilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin icraatına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.
Prokuror vitse-admiral Şahin Sultanova cəza istəyib
Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayır
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfər barəsində olan cinayət işi icraata verilib. Məlumata görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-da keçiriləcək.
Gömrük nəzarətindən gizlədilən 1 milyon 150 min Rusiya rublu aşkar edildi
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
18 yaşlı tələbə siqaretə görə qətlə yetirildi
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb. Belə ki, 18 yaşlı Emin Abdullayev ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.
Bakıda DSK sədrinin oğlunu qətlə yetirən şəxs məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Vəkillər Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə bəraət istəyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Nardaran işi": Təqsirləndirilənlər son söz deyiblər - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.














