Ev sahibinə hədə-qorxi gələrək mənzili qarət etdilər
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, araşdırma zamanı bəlli olub ki, E.Hümbətzadəni bıçaq və silaha bənzər əşya ilə hədələyib evdən 450 manat pul, 2 ədəd mobil telefon və 3 noutbuk aparan şəxslər Sumqayıt şəhər sakinləri Nahid Eyvazov və Elman Sadıqovdur. Onların əvvəllər məhkum olunduqları müəyyən edilib. N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.
12 Yanvar 2017 15:43 KriminalYasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, araşdırma zamanı bəlli olub ki, E.Hümbətzadəni bıçaq və silaha bənzər əşya ilə hədələyib evdən 450 manat pul, 2 ədəd mobil telefon və 3 noutbuk aparan şəxslər Sumqayıt şəhər sakinləri Nahid Eyvazov və Elman Sadıqovdur. Onların əvvəllər məhkum olunduqları müəyyən edilib. N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.