Kriminal
Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə düşüb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
Bakı sakinində 10 kq marixuana aşkar edilib
Bakı sakinində külli miqdarda narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana götürülüb.
Keçmiş məhkumdan narkotik vasitə götürülüb
Qaradağ sakinində narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram marixuana götürülüb. Ətrafında aparılan əməliyyat tədbirlər nəticəsində onun əvvəllər məhkum olunması müşahidə olunub.
Soyğunçular satıcının gödəkçəsini də apardılar
Bakıda soyğunçuluq hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirlkiyinin saytına istinadən xəbər verir ki, yanvarın 9-da Yasamal rayonunun A.Şərifzadə küçəsindəki meyvə-tərəvəz mağazalarından birində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfsun Ələkbərov və Şahin Zöhrabov soyğunçuluq yolu ilə orada satıcı işləyən Sabirabad rayon sakini Amil Sayılovun cibində 381 manat pul olan gödəkçəsini soyundurub aparıblar. Yasamal RPİ 29-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Ələkbərov və Ş.Zöhrabov tutulublar.
Qəbirəstanlıqda silah-sursat aşkar edildi
Nardaran qəsəbəsi ərazsində silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılmışdır.
Gürcüstan vətəndaşından tapança götürülüb
Ölkəmizdə səfərdə olan Gürcüstan vətəndaşında odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Ariz Məmmədovdan "Naqan" tipli tapança və 3 ədəd giliz götürülüb.
Şahid: "Maaşdan əlavə paket alırdıq - “RABİTƏ İŞİ”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Nazirliyin Aparatında işləmiş Arzu Nəcəfova maaşdan əlavə 100 dollar məbləğində paket aldığını deyib. Şəfiqə Məmmədova deyib ki, nazirlikdə çap işlərini həyata keçirib. O, sabiq nazir Əli Abbasovun tapşırığı ilə işə qəbul olduğunu bildirib. Balakən poçt filialının rəisi işləmiş İlqar Balayev isə ibtidai istintaqa ifadəsini təsdiq edib.
Polşada qanunsuz siqaret alveri ilə məşğul olan 2 Ermənistan vətəndaşı saxlanılıb
Polşanın Bıqdoş şəhəri yaxınlığında qanunsuz siqaret alveri ilə məşğul olan 2 Ermənistan vətəndaşı saxlanılıb. Hadisə gömrükçülər tərəfindən pərakəndə satış obyektlərinin yoxlanılması zamanı baş verib. Saxlanılanlardan 93 min dollar dəyərində, aksiz markası olmayan 29 min qutu Belarus və Rusiya siqaretləri aşkarlanaraq müsadirə edilib.
Lənkəranda bacısını öldürməkdə təqsirləndirilən şəxs sərbəst buraxılıb
Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb.
Zal Yusifov 2 milyonluq şantajı açıqladı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən vəzifəli şəxslərinin cinayət işləri üzrə araşdırmalar yeni cinayətləri ortaya çıxarır. MTN qurbanı olan qurumlardan birinin də "Texnika Bank" olduğu, demək olar ki, artıq hər kəsə məlumdur. İstintaq isə bu prosesin detallarını aşkara çıxarıb. Bu epizod üzrə MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev və onun şöbə rəisi Vüsal Ələkbərov cinayət məsuliyyətinə cəlb edilib. M.Şıxəliyev azadlıqda olsa da, V.Ələkbərov həbs edilib. Sonradan isə onların cinayət işləri ayrıca icraata götürülüb.
18 yaşlı tələbə ürəyindən vuruldu - CƏLİLABADDA
Azərbaycanlı "qanuni oğrular" Rusiyada birləşdi
Moskvada azərbaycanlı kriminal qruplaşmanın vahid və mütəşəkkil klanı əmələ gəlib. Bu barədə "Prestupnaya Rossiya"nın hazırladığı məqalədə deyilir.
Binəqədidə çoxmərtəbəli binanın yanması ilə bağlı məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Keçmiş məhkumdan silah və narkotik götürülüb
Bakı sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Qurbanovdan 0,373 qram heroin və nömrəsi silinmiş "Naqan" markalı tapança götürülüb.
Qadının pulunu oğurlayan yaxalanıb
Bakıda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də metronun "İnşaatçılar" stansiyasının platformasında Bakı şəhər sakini Şəlalə Quliyevanın çantasından 127 manatı və sənədi olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Kamran Mərdanov tutulub.














