Polşada qanunsuz siqaret alveri ilə məşğul olan 2 Ermənistan vətəndaşı saxlanılıb

Polşanın Bıqdoş şəhəri yaxınlığında qanunsuz siqaret alveri ilə məşğul olan 2 Ermənistan vətəndaşı saxlanılıb. Hadisə gömrükçülər tərəfindən pərakəndə satış obyektlərinin yoxlanılması zamanı baş verib. Saxlanılanlardan 93 min dollar dəyərində, aksiz markası olmayan 29 min qutu Belarus və Rusiya siqaretləri aşkarlanaraq müsadirə edilib. 

Yerli KİV-in məlumatına görə, adları açıqlanmayan qanun pozucuları əvvəllər də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 
Vergi ödəməkdən yayınmaqda ittiham olunan Ermənistan vətəndaşlarını 3 il həbs cəzası, yaxud cərimə gözləyir. Bu barədə Apa.az "news.am"a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31