Kompyuter oğruları saxlandı
Abşeron məktəbləribnin birində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompyuteri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanov tutulublar.
13 Yanvar 2017 15:24 KriminalAbşeron məktəbləribnin birində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Saray qəsəbəsindəki 2 saylı orta məktəbin kimya otağından 3 ədəd kompyuteri oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Bəhram Sevdimalıyev, Nicat İmanov, Balakən rayon sakini Vüsal Məsimov və Bərdə rayon sakini Səbuhi İmanov tutulublar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların həmin gün qəsəbə ərazisindəki 2 mağazadan pul, tütün məmulatı və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilib.