Külli miqdarda Rusiya rublu aşkar olundu 

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilmiş, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Samur" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Sonata" markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilmiş, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılmışdır. Yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməmiş, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31