Nəvəsinin cinsiyyət orqanını kəsib öldürdü - DƏHŞƏTLİ ETİRAF
Bakıda nəvəsini boğaraq öldürməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Saleh Həsənov ifadə verib.
17 Yanvar 2017 14:12 KriminalBakıda nəvəsini boğaraq öldürməkdə təqsirləndirilən Rakif Bayramovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Saleh Həsənov ifadə verib.
Şahid Rakif Bayramovun qudası olduğunu deyib. O, ifadəsində bildirib ki, R.Bayramov öldürülən şəxsin meyitini onun maşınında aparıb: "Evə çağırdı. Dedi ki, uşağı öldürüblər. Tapşırdı ki, heç kimə heç nə deməyim. Rayona gedecəkdik. Yolda gördüm maşından iy gəlir. Arvad da ağlayırdı. Soruşdum ki, uşağın meyiti hardadı, dedilər, elə sənin maşınında. Başımı itirdim. Etiraz elədim, polis çağırmaq istədim. Şantaj elədi ki, səni şərləyəcəm. Sür maşını rayona. Mən nə qədər yalvar-yaxar elədimsə də, fikir vermədi. Rayona çatanda özləri yuyub-basdırdılar, icra hakimiyyətindən də adamlar gəldi, yasda başsağlığı verdilər. Artıq 8 gün keçdi. Sonradan bildim ki, uşağı Rakif öldürüb". Lent.az