Kriminal

4 mənzili qarət edən keçmiş məhkum “iş başında” saxlanıb

5 Fevral 2019 15:31

Fevralın 2-si saat 21 radələrində Binəqədi Rayonu 6-cı mikrorayon ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus evdən oğurluğa cəhd edilib. DİN-in Mətbuat Xidmətindən “Olaylar”a verilən məlumata görə, Binəqədi Rayon Mühafizə İdarəsi və 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, paytaxt sakini Elşən Əsgərov saxlanılıb. Bölmədə onun üzərinə baxış zamanı oğurluqda istifadə etdiyi dəmir alətlər və 1,208 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Operatordan 90 manat alıb aradan çıxıblar

5 Fevral 2019 15:29

Goranboyda soyğunçuluq edən şəxslər saxlanılıblar.DİN-dən “Olaylar”a verilən məlumata görə, fevralın 3-də Goranboy Rayon Polis Şöbəsinə daxil olmuş müraciətdə fevralın 1-də saat 23 radələrində Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş dövlət qeydiyyat nişanları olmayan “Subaru” markalı avtomobilin sürücüsünün oradakı operatoru aldadaraq 90 manatını aldığı bildirilib. Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Gəncədə yeniyetmə qadını bıçaqlayıb

5 Fevral 2019 15:17

Gəncədə bıçaqlanma hadisəsi baş verib. “Olaylar” xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N. İsmayılovanın qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.

Sərnişini deformasiyaya uğramış avtomobildən çıxarılıb

5 Fevral 2019 14:50

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

5 Fevral 2019 13:56

Xarici valyutanın qanunsuz yolla çıxarılması cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən “Olaylar”a bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Berkarar” Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən “Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olub. Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 dollar valyutanı şifahi formada bəyan ediblər, bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.

Bakıda ofis qarət olunub

4 Fevral 2019 17:03

Avtomobildən akkumulyator oğurlayan tutulub

4 Fevral 2019 15:55

Abşeron rayonu ərazisindəki evlərin birindən elektrik kabeli və “Hovo” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 metr elektrik kabeli və “Hovo” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Kərimov saxlanılıb.

Bakıda mebel sexi qarət edilib

4 Fevral 2019 15:28