Qazaxda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Qazax şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 6-da saat 1 radələrində Qazax şəhərinin ərazisində Poylu qəsəbə sakini R.Hüseynov idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31