Nardaranda silah-sursat tapılıb
6 Fevral 2019 16:26 KriminalNardaran qəsəbəsi bağlar yaşayış sahəsində silah-sursat tapılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsi bağlar yaşayış sahəsində sellofan torbada 1 yivli təklüləli tüfəng, nömrəsi silinmiş "Naqan" tipli tapança, alışqanı ilə birgə 1 ədəd "F-1" qumbarası və 39 ədəd avtomat patronu tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31