DİN anasını və arvadını baltalayan şəxs barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi arvadı və anasını baltalayan şəxslə bağlı məlumat yayıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 6-da Ucar rayon sakini, ruhi xəstə A.Tağıyev yaşadığı evdə münaqişə zəminində arvadı Şəhlaya və anası Zivərxanıma balta ilə, özünə isə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Şəhla orada ölüb, A.Tağıyevin və anasının vəziyyətləri orta-ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31