DİN əməliyyat keçirdi - Azərbaycanda 64 cinayətkar tutuldu
4 Avqust 2022 11:54 KriminalAvqustun 3-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 60 -nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 28 -nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Olaylar.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31