Çimərlik oğrusu ələ keçib

Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə Şıx qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini Ə.Sadıxovun mobil telefonunun oğurlanması barədə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən Olaylar -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Əsədov saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda Şıx çimərliyində "Tofaş" markalı bir avtomobildən 150 manat pul və mobil telefon, bir qadının və bir kişinin  çantalarından 3 ədəd mobil telefon, həmçinin Şuşa şəhər sakini E.Nərimanlı ilə birgə "Mercedes" markalı bir avtomobildən içərisində 1400 manat, bank kartı və sənəd olan pulqabını oğurlamaları da müəyyən olunub. Əməliyyat tədbirləri ilə E.Nərimanlı da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31