DİN öldürülən qadınla bağlı məlumat yaydı
28 İyul 2022 13:35 KriminalBalakən Rayon Polis Şöbəsinə iyulun 27-də saat 12 radələrində şəhər ərazisində Hənifə kənd sakini E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Olaylar -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş E.Layıcovun münaqişə zəminində tanışı E.Abdulrəhmanovaya bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Layıcov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.