Balakəndə küçədə sevgilisini öldürdü
27 İyul 2022 15:16 KriminalBalakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.
Olaylar.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.
Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.
Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
mənbə: Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31