Bakıda parkda dəhşət: 15 yaşlı uşaq öldürüldü
27 İyul 2022 11:51 Kriminalİyulun 26-ı saat 18 radələrində Xətai rayonu, Nizami parkının ərazisində 2007-ci il təvəllüdlü M.Məmmədovun (şərti) xəsarət alması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanb.
C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
mənbə: Oxu24.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31