Xızıda evdən silah oğurlanıb

Xızıda evdən odlu silah oğurlanıb.

Daxili İşlər Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Ə.Hüseynovun evindən "İJ-58" markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu H.Hüseynzadə saxlanılıb. Onun həmin evdən "TOZ-17" markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub.

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov saxlanılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31