“Günayım” mahnısı üstündə kütləvi DAVA - Mingəçevirdəki hadisənin təfərrüatı

Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Novruz Bədəlov kafedə Firqət Əhmədov və Ömər Alxanovu bıçaqlayıb.  

Olaylar.az Bizim.Media-ya istinadən bildirir ki, hadisə ötən il dekabrın 4-də əvvəllər "Ay işığı, hazırda isə "Fokus" adlanan kafedə baş verib.  

Musiqi sifarişi üstündə Ömər Alxanov və Firqət Əhmədovun Novruz Bədələov, Ruslan Hüseynov, Hüseyn Həsənli ilə aralarında dava düşüb. Nəticədə Novruz Bədəlov üzərində gəzdirdiyi cib bıçağı ilə Ömər Alxanovla Firqət Əhmədovu bıçaqlayıb. 

İstintaq orqanı tərəfindən Novruz Bədəlovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma)  və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafail Əliyevin icraatında araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Novruz Bədəlov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31