Bankomatdan pul oğurlayan şəxs saxlanıb
18 İyul 2022 11:42 KriminalŞirvan Şəhər Polis Şöbəsinə şəhər sakini M.Heydərovun bank hesabından 300 manatının oğurlanması barədə müraciət daxil olub. DİN-dən "Olaylar"a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla hadisənin soyğunçuluq yolu ilə törədilməsi müəyyən olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini C.Paşayev müəyyən olunaraq saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31