Gəncə sakini avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var - RƏSMİ
15 İyul 2022 10:15 KriminalGəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.Olaylar.az bildirir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.O, "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31