Ağcabədidə gənclər arasında kütləvi dava olub, bıçaqlanan var

Ağcabədidə kütləvi dava olub. Olaylar.az xəbər verir ki, hadisə 4 nömrəli məktəbinin yaxınlığında qeydə alınıb.Rayon sakinləri 1993-cü il təvəllüdlü Nemət Süleymanov, 1994-cü il təvəllüdlü Elməddin Abbasov, 1995-ci il təvəllüdlü Tural Əliyev, 2004-cü il təvəllüdlü Eyvaz Əliyev və 2001-ci il təvəllüdlü Sadiq Rüstəmov arasında mübahisə yaranıb. Dava nəticəsində Nemət Süleymanov bıçaqlanıb.Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs və şəxslərin müəyyən olunması istiqamətində işlər aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31