Tovuzdakı qətllə bağlı RƏSMİ MƏLUMAT

İyulun 11-i saat 23 radələrində Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Nizami Vəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan Olaylar.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü Vüsal Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Nizami Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31