Silsilə oğurluqla məşqul olan şəxs saxlanıb

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki mağazaların birindən 950 manat pul oğurlamaqda şübhəli bilinənlər - şəhər sakinləri A.Abzərov, Ü.Vahidov və əvvəllər məhkum olunmuş N.Abdullayev saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, N.Abdullayevin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki "Topaz" mərc oyunları məntəqələrinin birindən 414 manat pul oğurlaması da müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31