Bərdə sakinində tapança aşkar edilib

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, davam etdirilən tədbirlələ onun idarə etdiyi "Toyota" markalı avtomobilə baxış zamanı oradan 10 qramdan artıq heroin, 53 qramdan artıq marixuana və pnevmatik tapança aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31