Tovuzda dəhşətli QƏTL - Ər arvadının boğazını kəsdi
13 İyul 2022 14:16 KriminalTovuz rayonunda qətl hadisəsi baş verib. Olaylar.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.
Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın boğazını kəsərək qətlə yetirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA-ya bildirib ki, qətli törədən şəxs Tovuz RPŞ əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31