Seyfdən 130 min manat oğurlayanlar saxlanıblar

Qubada seyfdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də Alekseyevka kəndindəki evlərin birindən içərisində 130.000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu A.Bayramov, tanışları N.Nəcəfov və L.Sərkərov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31