Bakıda fəhlə iş yoldaşını itələyərək ÖLDÜRDÜ
13 İyul 2022 11:26 KriminalBakıda fəhlə iş yoldaşını itələyərək ölməsinə səbəb olub. Sabunçu rayon prokurorluğundan Olaylar.az-a bildirilib ki, iyulun 6-da Nardaran qəsəbəsindəki fərdi evdə fəhlə işləyən Vasif Bayramovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi prokurorluğa məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Əlvan Hüseynov Vasif Bayramovu itələyib, sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanıb. Əlvan Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31