Avtomobili qarət edən şəxsdə heroin aşkar edilib

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində "VAZ-21011" markalı bir avtomobildən 2230 manat dəyərində geyim əşyaları, təmir-tikinti alətləri və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Babazadə və əvvəllər məhkum olunmuş Q.Babayev saxlanılıblar. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31