Paytaxtda quldurluqla məşğul olan çəxs saxlanıb

Bakıda quldurluq hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 16-da Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Quliyevin idarə etdiyi "AzSamand" markalı avtomobilə sərnişin qismində əyləşərək bıçaqla onu hədələyib pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31