Axtarışda olan 47 nəfər saxlanıb
2 İyul 2022 11:08 Kriminalİyulun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 45-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən doqquzunun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar -a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 47, o cümlədən borclu şəxs qismində axtarılan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə doqquz nəfər ölüb.
Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı dörd fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31