Hərbçimiz faciəvi şəkildə vəfat etdi

Naxçıvanda hərbi hissədə əsgər ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda baş verib.

Hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlu xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, Hərbi Prokurorluqda istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31