Bərdədə narkotacirlər saxlanıldı - FOTO
28 İyun 2022 13:45 KriminalBərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Aqşin Mollaəyyublu və Əlişan Mirzəyev saxlanılıblar. A.Mollaəyyublunun sərnişin kimi əyləşdiyi avtomobildən ona məxsus 1 kiloqrama yaxın narkotik vasitə marixuana və Ə.Mirzyevin evindən isə çətənə bitkisi və külli miqdarda heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31