Bakıda “Porsche” 17 yaşlı oğlanı vurub öldürdü - FOTOLAR
14 İyun 2022 10:49 KriminalBakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
Hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.
Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu "Porsche" markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. Sürücü polislər tərəfindən saxlanılıb.
APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

