Sərnişin taksi sürücüsünü qarət etdi
13 İyun 2022 14:00 KriminalBakıda sərnişin taksi sürücüsünün telefonunu danışmaq adı ilə götürərək qaçıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə iyunun 11-də Bakıxanov qəsəbəsində Bakı şəhər sakin N.Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində əyləşən bir nəfərin onun mobil telefonunu danışmaq adı ilə alıb avtomobildən düşərək qaçması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də oğurluğa və soyğunçuluğa görə məhkum olunmuş T.Babayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31