Evdən 5000 manat pul oğurlayanlar ələ keçiblər
13 İyun 2022 11:27 KriminalBakıda evdən 5000 manat pul oğurlanıb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 10-da Buzovna qəsəbəsindəki evlərin birindən 5000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Məzahirli və K.Nağıyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31