Hikmət Mirzəyevin evini qarət etdilər - Külli miqdarda ziyan dəyib
12 Dekabr 2021 17:06 KriminalHikmət Mirzəyevin evini qarət etdilər - Külli miqdarda ziyan dəyibVətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evinə oğru girib.
Hadisə generalın Saray qəsəbəsində yerləşən evində baş verib. Evin əşyaları oğurlanıb, generala külli miqdarda maddi ziyan dəyib.
Məlumata görə, ev H.Mirzəyevin daimi yaşadığı mənzil deyil. Orada it və mühafizəçi olmasına baxmayaraq, oğurluq hadisəsi baş verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31