Azərbaycanda dəhşətli hadisə: Ana övladı ilə birgə özünü də suya atıbmış - YENİLƏNİB - FOTO
Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb.
14 Avqust 2021 13:16 KriminalQaynarinfo-nun məlumatına görə, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb.
Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə boğulub.
Hadisə bu gün səhər, saat 7-8 arası baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31