Azərbaycanda döyülən qadın yaş yarımlıq körpəsini suda boğdu - FOTO

Biləsuvar rayon İsmətli kəndində gəlin özünün yaş yarımlıq uşağını suya ataraq boğub.

Biləsuvar rayon İsmətli kəndində gəlin özünün yaş yarımlıq uşağını suya ataraq boğub.

Olaylar.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb.

Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından 3 ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.

Hadisə yerinə prokurorluğun müstəntiqləri gəlib.

Hadisə bu gün səhər, saat 7-8 arası baş verib.

Saxlanılan yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31