Yevlaxda yol qəzasında iki qardaş yaralanıb
Bakı-Qazax avtomobil yolunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub
31 İyul 2021 19:20 KriminalBakı-Qazax avtomobil yolunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.
Hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı kiçik tutumlu yük maşını uzun qoşqulu digər yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Ford"un sürücüsü, Qəbələ rayon sakini 1994-cü il təvəllüdlü Vüsal Əlilli ağır, onun qardaşı isə yüngül xəsarət alıb.
Hər iki şəxs xəstəxanaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31