Bakıda iki avtomobil toqquşub, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
31 İyul 2021 13:09 KriminalDaxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi "Mercedes" və Quba rayon sakini T.Şirinovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31