Bir ailənin 7 üzvü qətlə yetirildi

Türkiyənin Konya vilayətinin Meram rayonunda bir evə edilən silahlı hücum nəticəsində eyni ailənin yeddi üzvü qətlə yetirilib.

Türkiyənin Konya vilayətinin Meram rayonunda bir evə edilən silahlı hücum nəticəsində eyni ailənin yeddi üzvü qətlə yetirilib.

Olaylar.Az-dan türk mediasına istinadən, faktla bağlı Konya valiliyindən verilən açıqlamada hadisənin araşdırılması istiqamətində bütün imkanların səfərbər edildiyi bildirilir.

Hadisə ilə bağlı daha bir açıqlamanı Türkiyənin daxili işlər naziri Süleyman Soylu verib.

Qətliamın düşmənçiliyin davamı olduğunu deyən nazir hadisəni törədənlərin qısa müddətdə yaxalanaraq məsuliyyətə cəlb olunacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31