Polisi bıçaqlayan şəxs saxlanıldı

Hacıqabulda polisə xəsarət yetirən şəxs saxlanılıb.

Hacıqabulda polisə xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Olaylar.Az-a verilən xəbərə görə, hadisə iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə baş verib.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.

Əməliyyatla S.Yaqubov müəyyən edilərək saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31