SON DƏQİQƏ! Azərbaycanda GÜCLÜ YANĞIN BAŞLADI
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub
23 İyul 2021 18:59 KriminalFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.
FHN-in saytınln verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31