Saatlıda yol qəzası olub, xəsarət alan var
Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
22 İyul 2021 22:36 KriminalSaatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Cəfərxan kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Cəfərxan kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Rəsul Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31